UNEC-in Vyetnamdan olan məzunu 36 il sonra universitetdə olub
AzerTAg.az
Bakı, 24 may, AZƏRTAC
UNEC-in Vyetnamdan olan 1987-ci il məzunu xanım Nquen Txi Xan universitetdə olub.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, UNEC-in rektoru professor Ədalət Muradovla görüşən xanım Nquen Txi Xan 36 ildən sonra yenidən universitetdə olmaqdan böyük sevinc hissi keçirdiyini söyləyib. Vyetnamlı məzun tələbəlik illəri haqqında xoş xatirələrini bölüşüb.
Rektor UNEC-in əcnəbi məzunundan Azərbaycanda keçirdiyi tələbəlik illəri haqqında xoş sözlər eşitməkdən qürur duyduğunu ifadə edib. UNEC-də Məzunlar Assosiasiyasının yaradıldığını və əcnəbi məzunların da həmin assosiasiyada təmsil olunacaqlarını diqqətə çatdırıb. Xanım Nquen Txi Xan Vyetnamda UNEC-in Məzunlar Assosiasiyasının yaradılmasına dəstək olacağını qeyd edib.
Görüş zamanı Nquen Txi Xana UNEC-in arxivində saxlanılan qiymət vərəqəsi, fotosu və digər təhsil sənədləri təqdim edilib. Vyetnamlı məzun vaxtilə təhsil aldığı Maliyyə və mühasibatlıq fakültəsinə və tələbəlik illərində yaşadığı yataqxanaya da baş çəkib.







Xəbərin mətnində orfoqrafik səhv var