ELM VƏ TƏHSİL


UNEC-in Zaqatala filialında “Oriyentasiya günü”

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında yeni qəbul olunan tələbələr üçün ilk dəfə “Oriyentasiya günü” keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradovun yeni qəbul olan tələbələrə ünvanlandığı təbriki səsləndirilib.

Sonra filialın direktoru, professor Orucəli Rzayev, Zaqatala Rayon İcra Hakimiyyətinin birinci müavini Tofiq Əhmədov, İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıblar .

Tədbirdə yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edilib.

Filialın tədris binasında təşkil olunan “Oriyentasiya günü”ndə birinci kurslara dekanlıq, kafedra, gənc müəllimlər, tyutorlar, tələbə təşkilatları, kitabxana resursları barədə ətraflı məlumat verilib.

Tələbələr auditoriyalar, informasiya-kommunikasiya mərkəzi, karyera mərkəzi, idman zalı və akt zalı ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.