ELM VƏ TƏHSİL


UNEC-in beynəlxalq reytinqinin yaxşılaşdırılması məqsədilə tədbirlər planı icra olunur

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq reytinq mövqeyinin yaxşılaşdırılması məqsədilə tədbirlər planı icra edilir. Bu məqsədlə SCOPUS bazasına daxil olan jurnallarda dərc edilən məqalələrə tələblər haqqında təlim keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Nüfuzlu elmi jurnallar üçün tədqiqat sənədlərinin yazılması” mövzusunda ilk təlim elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin (EFTİED) elmmetriya şöbəsi tərəfindən təşkil olunub.

Departamentin əməkdaşı Şəfa Əlizadə SCOPUS bazasına daxil olan “International Journal of Emerging Markets”, “Economics and Sociology” jurnalları, gələcəkdə bu elmmetrik bazaya daxil olan məqalələrin çap etdirilməsi imkanları və jurnal axtarış bazası haqqında geniş məlumat verib. Qeyd olunub ki, iyulun 9-dan 11-dək UNEC-də “Davamlılıq və iqtisadi təhsil” devizi ilə V “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Məruzəçi Şəhriyar Muxtarov tədqiqatın strukturu, yazılma ardıcıllığı haqqında geniş məlumat verib. Təlim müzakirələr və diskussiyalarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.