ELM VƏ TƏHSİL


UNEC-in daha bir məzunu - “Yelo Bank”ın baş direktoru ilə görüş

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi ilə bağlı tədbirlər çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə UNEC-in məzunu, “Yelo Bank”ın baş direktoru Günay Cəlilova ilə professor-müəllim və tələbə heyətinin onlayn görüşü keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev uğur qazanmış məzunlarla görüşlərin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, belə görüşlər tələbələr üçün böyük motivasiyadır.

“Yelo Bank”ın baş direktoru G.Cəlilova UNEC-in son illərdə böyük uğurlara imza atdığından qürur duyduğunu bildirib. O, məzun olduqdan sonrakı fəaliyyəti barədə ətraflı məlumat verib, qazandığı təcrübəni müəllim və tələbələrlə bölüşüb. Təmsil etdiyi qurumla universitetin daha sıx əməkdaşlığı, birgə layihələrin reallaşdırılması istiqamətində dəstək olacağını diqqətə çatdırıb.

Sonra UNEC məzunu tələbələri maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.