UNEC-in əməkdaşı İsveçrə HES-SO Məktəbində işgüzar görüşdə olub
AzerTAg.az
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbinin Biznesin idarə edilməsi mərkəzinin direktoru professor Lukas Baschungin dəvətilə Ali İdarəetmə Məktəbində işgüzar görüşdə olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Nərgiz Hacıyeva UNEC-in İnkişaf Strategiyası, beynəlxalq əlaqələri, elmi fəaliyyəti barədə məlumat verib. Həmçinin HES-SO və UNEC arasında təqaüdlü tədqiqat, təcrübə və mübadilə proqramı ilə bağlı müzakirələr aparılıb.
Dəvət çərçivəsində N.Hacıyeva icveçrəli tələbələrlə də görüşüb. O, UNEC barədə təqdimatla çıxış edib, sualları cavablandırıb.


Xəbərin mətnində orfoqrafik səhv var