ELM VƏ TƏHSİL


UNEC-in əməkdaşları türkiyəli həmkarları ilə staj proqramlarını müzakirə edib

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfərin məqsədi UNEC və Niğdə Ömər Halisdəmir Universiteti arasındakı əməkdaşlığı genişləndirməkdir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin Rus İqtisad Məktəbinin, Zaqatala filialının və müxtəlif fakültələrin əməkdaşlarından ibarət nümayəndə heyəti görüş zamanı əməkdaşlığın inkişaf etdirilməsi, mübadilə və ikili diplom proqramlarının həyata keçirilməsi barədə müzakirələr aparıblar. Türk dünyası simpoziumlarının davamlılığının təşviqi üçün “Türk dünyası Erasmus Ka107” layihələri, gələcəkdə staj proqramlarının həyata keçirilməsi, bakalavr, magistratura və doktorantura tələbələrinə ortaq məsləhətçilərin təyin edilməsi və digər mövzularda aparılan müzakirələrdə rektor Muhsin Kar, professor Haluk Bengü, dosentlər Mustafa Çolak, Çiğdem Şahin iştirak ediblər.

Türkiyənin beynəlxalq universitetləri sırasında ən sürətli inkişaf edən Niğdə Ömər Halisdəmir Universitetinin, həmçinin kənd təsərrüfatı (tarım fakültəsi) və digər fakültələrində tələbələrə yaradılan imkanlar, eləcə də dərsliklərlə tanış olan UNEC-in nümayəndə heyəti məmnun qaldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.