ELM VƏ TƏHSİL


UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanov ABŞ-ın Southern New Hampshire Universitetində tədqiqat aparır.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, ABŞ universitetinin dəvəti ilə bu ali təhsil müəssisəsinin Biznes Məktəbində tədqiqat aparan T.Süleymanov səfər çərçivəsində MBA proqramı üzrə tədris olunan liderlik və təşkilati davranış fənni üzrə qonaq məruzəçi qismində çıxış edib. O, məruzəsində işçi davranışı və iş məmnuniyyəti nəzəriyyələrinin izahını verərək mövzu üzrə keyslər göstərib, mühüm faktorların mahiyyətini açıqlayıb.

UNEC-in gənc müəllimi ali təhsil müəssisələrinin brendlənməsi istiqamətində ABŞ-da tədqiqatlarını davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.