ELM VƏ TƏHSİL


UNEC-in gənc müəllimi Nord Universitetində elmi tədqiqat aparır

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Norveç krallığının Nord Universitetində elmi tədqiqat aparmaq üçün dəvət alıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin “SABAH” mərkəzinin rəhbərinin müavini, beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Rövşən Camalov Nord Universitetinin Biznes Məktəbində 3 ay müddətində elmi tədqiqat aparacaq. UNEC-in gənc müəllimi resurs ölkələrinin, xüsusilə də neft və qaz resursları ilə zəngin ölkələrin iqtisadiyyatını araşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.