ELM VƏ TƏHSİL


UNEC-in kollektivi Cocuq Mərcanlıda

Bakı, 23 iyun, AZƏRTAC

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) YAP Qadınlar Şurasının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər.

UNEC-in kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadizdə ucaldılan abidəsi önünə əklil və gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər. Həmçinin “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Lələtəpə yüksəkliyinə yaxın ərazidə yerləşən Şükürbəyli kəndindəki N saylı hərbi hissənin əsgərlər ilə görüşən UNEC-in kollektivi şərəfli xidmətlərinə görə onlara uğurlar arzulayblar. Bildirilib ki, şanlı ordumuz qələbələr ilə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər.

Daha sonra xidmətdə fərqlənən zabit və əsgərlərə fəxri fərman və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.