UNEC-in komandası “TEXNOFEST”in finalına yüksəlib
AzerTAg.az

Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin “AgroBot” komandası dünyanın ən böyük texnoloji yarışlarından olan “TEXNOFEST”in finalına yüksəlib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, komanda “TEXNOFEST”ə kənd təsərrüfatı sahəsində istifadə ediləcək və süni intellektin tətbiq olunduğu yerüstü nəqliyyat vasitəsi layihəsini təqdim edib. Layihədə təqdim olunan pilotsuz cihaz süni intellekt vasitəsilə zərərli bitkiləri müəyyənləşdirərək məhv edəcək.
Komandanın kapitanı UNEC-in MBA üzrə magistr tələbəsi Məhəmməd Rəhimovdur, üzvləri isə Rəqəmsal iqtisadiyyat fakültəsinin kompüter elmləri ixtisasının tələbələri Türkan Bəşirli, Ayşən Əhmədova, Mühəndislik fakültəsinin tələbələri Məhəmməd Məmmədov və Kənan Mustafayevdir.
Xəbərin mətnində orfoqrafik səhv var