ELM VƏ TƏHSİL


UNEC-in müəllimi Macarıstan universitetinin ali mükafatına layiq görülüb

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müəllimi Könül Kərimova Macarıstanın Szeged Universitetinin ali mükafatı ilə təltif olunub.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və Macarıstanın təhsil proqramı çərçivəsində Szeged Universitetində doktorantura təhsili alan UNEC müəllimi həmin universitetdən ən yüksək nəticə ilə məzun olub.

Rektor Lazlo Povo rəhbərlik etdiyi Szeged Universitetinin “Pro Laudanda Promotione” ali mükafatını UNEC-in müəlliminə təqdim edib. Əcnəbi təhsilalanlar üçün nəzərdə tutulan mükafatı hər fakültədən yalnız bir məzun əldə edə bilir.

Qeyd edək ki, Könül Kərimovanın 2 elmi məqaləsi “Web of Science”, bir məqaləsi isə “Scopus”da indekləşən Q1 və Q2 kvartilli jurnallarda dərc olunub. Bununla yanaşı, K.Kərimova nüfuzlu EARLI konfransında iştirak edib, H-indeksini formalaşdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.