ELM VƏ TƏHSİL
UNEC-in müəllimi “Microsoft”un sertifikatını qazanıb
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Ramil Cabbarov dünyanın aparıcı şirkətlərindən sayılan “Microsoft”un sertifikatını qazanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, şirkət Təhsil İşçiləri Cəmiyyətinin üzvləri üçün “Texnologiya ilə tədris” mövzusunda 18 saatlıq online təlim keçirib. Tədbirdə “Tədris zamanı İKT resurslarının istifadəsi”, “Texnologiya və pedaqogikanın vəhdəti”, “İKT əsaslı öyrənmə və öyrətmə” və “İKT köməyi ilə tədrisin idarə olunması” mövzuları barədə məlumat verilib.
İmtahanların nəticəsinə əsasən, R.Cabbarov “Microsoft” şirkətinin “İnnovativ müəllim” sertifikatını qazanıb.
“Microsoft”un bu təlim paketi UNESCO-nun “Müəllimlərin İKT Yetərliliyi Çərçivəsi” proqramına uyğun təşkil olunub.