ELM VƏ TƏHSİL


UNEC-in müəllimləri tədrisin keyfiyyətinin artırılması ilə bağlı təkliflər irəli sürüblər

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali məktəbdə təhsilin keyfiyyətinin daha da artırılması, idarəetmənin, eləcə də müəllim-tələbə münasibətinin müasir səviyyədə qurulması istiqamətində universitetə yeni dəyərlər qazandıra biləcək təklifləri olan müəllimlərlə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin 12 müəllimi təkliflərlə çıxış edib. Onların tədrisin keyfiyyətinin artırılması, dərs vəsaitlərinin, imtahan prosesinin daha da təkmilləşdirilməsi, tələbə mobilliyinin təmin edilməsi, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və digər istiqamətlərdə təklifləri dinlənilib, müzakirələr aparılıb.

Rektor bır sıra təkliflərin həyata keçirilməsi istiqamətində müəllimlərə tövsiyələrini verib, onları bu işdə daha fəal və təşəbbüskar olmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.