ELM VƏ TƏHSİL


UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin şəhid tələbəsi Şaiq Kəlbiyevin xatirəsi anılıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-u UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin şəhid tələbəsi Şaiq Kəlbiyevin doğum günüdür. Bu münasibətlə kollecdə 44 günlük Vətən müharibəsi şəhidinin əziz xatirəsi anılıb.

Bu barədə AZƏRTAC-a UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdən məlumat verilib. Bildirilib ki, kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov tədbirdə çıxış edərək Vətən müharibəsində şəhid olan Şaiq Kəlbiyevin keçdiyi döyüş yolundan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qətiyyətli qələbəsindən söhbət açıb. Şəhidlərimizin müqəddəs amal uğrunda döyüşdüyünü bildirən direktor bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasında xidməti olan hər kəsə təşəkkür edib.

Sonra kollecin kollektivi və şəhid Şaiq Kəlbiyevin qrup yoldaşlarının iştirakı ilə tədbir Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında davam etdirilib.

Şəhidin valideynlərinin, Qaradağ rayon ictimaiyyətinin və Şaiq Kəlbiyevin oxuduğu Sahil qəsəbəsi orta məktəbin kollektivinin iştirakı ilə keçirilən mərasimdə məktəblilər şeirlər söyləyiblər, şəhidin döyüş yoldaşları Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.