ELM VƏ TƏHSİL


UNEC-in professor-müəllim heyəti Türkiyə universitetlərinin təlim-tədris prosesi ilə tanış olacaq

Bakı, 5 fevral, AZƏRTAC

Əsas hədəfi yüksəkixtisaslı kadrlar hazırlamaq olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) daim dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir, ən yaxşı tədris və təlim texnologiyalarını tətbiq edir. Türkiyə universitetləri ilə ikitərəfli əlaqələrin inkişafına töhfə vermək, akademik və inzibati əməkdaşlığı dərinləşdirmək, ən yaxşı təcrübələrin mübadiləsi məqsədilə UNEC-in professor və müəllimlərindən ibarət nümayəndə heyətinin dost və qardaş ölkəyə səfəri təşkil edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, professor-müəllim heyəti Sakarya Universitetində, Ankara Universitetində, Hacettepe Universitetində, Niğde Ömer Halisdemir Universitetində, Boğaziçi Universitetində, Koç Universitetində təlim-tədris, həmçinin inzibati proseslərlə yaxından tanış olacaq.

Ən geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi olan UNEC tələbələr və müəllimlər üçün cəlbedici imkanlar yaradır. Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə universitetləri ilə “Mövlanə” mübadilə proqramlarından tələbələr maksimum yararlanmaq imkanına malikdirlər. Mübadilədə iştirak edən tələbələrin xərcləri proqram tərəfindən reallaşdırılır.

Digər tərəfdən Avropanın iqtisadyönümlü ən nüfuzlu ali təhsil ocaqlarından biri olan London Universiteti/London İqtisadiyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində bu universitetin diplomunu UNEC-də əldə etmək mümkündür. Həmçinin Fransanın nüfuzlu Monpelye Universiteti ilə həyata keçirilən ikili diplom proqramına uyğun olaraq tələbələrimiz 4 illik təhsilin bir ilini Fransada alaraq, həm UNEC, həm də Monpelye Universitetinin diplomunu əldə edə bilirlər. UNEC-in əməkdaşlıq etdiyi aparıcı ali təhsil ocaqları sırasına Litvanın Mykolas Romeris Universiteti, ABŞ-ın nüfuzlu Linkoln Universiteti və digərləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.