ELM VƏ TƏHSİL


UNEC-in professor-müəllim heyətinin saathesabı əməkhaqqı məbləğləri artırılıb

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, elmi şura professor-müəllim heyətinin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması məqsədilə saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğının 3 dəfəyədək artırılması barədə qərar qəbul edib. Qərara əsasən, UNEC-in professor və ya elmlər doktoru üçün saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğı bir saata 10 manat, dosent və ya fəlsəfə doktoru üçün 8 manat, elmi dərəcəsi, elmi adı olmayanlar üçün isə 6 manat müəyyən olunub. Qərar növbəti tədris ilindən qüvvəyə minəcək.

Xatırladaq ki, 2015-cü ildən UNEC-də pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında sağlam rəqabət mühitini gücləndirmək məqsədilə diferensial əməkhaqqı sistemi tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.