ELM VƏ TƏHSİL


UNEC-in professoru Rusiya Azad İqtisadçılar Cəmiyyətinə üzv seçilib

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Rusiya Azad İqtisadçılar Cəmiyyətinə üzv seçilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 1765-ci ildə II Yekaterinanın təşəbbüsü ilə təsis edilən Rusiya Azad İqtisadçılar Cəmiyyəti intellektual elitanı birləşdirən ictimai təşkilatdır. Cəmiyyətin təşkilatçılığı ilə keçirilən konfranslar Rusiya ilə yanaşı, dünyanın tanınmış biznes və elm adamlarının fikir platformasına çevrilib. Cəmiyyət 10 ilə yaxındır ki, Rusiya Dövlət Dumasının dəstəyi ilə iqtisadiyyat və idarəetmə ixtisasları üzrə tədrisin keyfiyyətinin qiymətləndirilməsi prosesini həyata keçirir.

UNEC-in professoru nüfuzlu quruma üzv olmaqla onların mütəmadi təşkil etdiyi beynəlxalq iqtisadi konfranslarda, eyni zamanda, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə dünyadakı təhsil trendlərinin müzakirələrində iştirak edəcək. O, həmçinin müasir dünyada qlobal təhsil trendləri ilə beynəlxalq əmək bazarının tələblərinin uzlaşması mövzusunda diskussiyalara qatılacaq. Ən başlıcası Z.Məmmədovun məqalələri Rusiya Azad İqtisadçılar Cəmiyyətinin il ərzində dünyanın müxtəlif ölkələrində 11 milyon nüsxə ilə yayılan nüfuzlu elmi nəşrlərində çap olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.