ELM VƏ TƏHSİL


UNEC-in professorunun tədqiqatı Rusiyanın nüfuzlu elmi jurnalında dərc edilib

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədovun İslam bankçılığı barədə tədqiqatı Rusiyanın nüfuzlu “İqtisadiyyat və idarəetmə” elmi jurnalında dərc olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, professor “İslam bank sistemi: yeni çağırışlar, problemlər və perspektivlər” mövzusunda tədqiqat əsərində İslam bankçılığının maliyyə bazarlarının formalaşması və genişlənməsi istiqamətindəki mühüm xüsusiyyətlərini açıqlayıb. O, eyni zamanda, Azərbaycanın bank sistemində İslam institutlarının tətbiqi ilə bağlı təkliflərlə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.