ELM VƏ TƏHSİL


UNEC-in rektoru tələbə təşkilatlarına sədrlik iddiasında olan namizədlərlə görüşüb

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov tələbə-rektor və tələbə təşkilatlarına sədrlik iddiasında olan namizədlərlə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə namizədlərin təbliğat-təşviqat kampaniyasının təşkili, seçkiyə hazırlığın vəziyyəti barədə müzakirələr aparılıb. Bildirilib ki, namizədlərin müəyyən olunması üçün təşkil edilən müsabiqə imtahanında dünyanın aparıcı universitetlərinin təcrübəsi tətbiq olunub. Müsabiqədən uğurla keçən 34 namizədin hər biri UNEC-in rəsmi sosial şəbəkələrində, eləcə də Radio UNEC-də öz təbliğat-təşviqat kampaniyasını apara bilər. Təşviqat kampaniyası noyabrın 14-də dayandırılacaq.

Tədbirdə UNEC Ekstern Mərkəzinin direktoru Zaur Əzizov onlayn səsvermə platforması barədə ətraflı məlumat verib. Bildirilib ki, tələbə şəxsi kabinetindən hər təşkilatdan bir namizədə bir dəfə səs verə biləcək. Səsvermə qaydaları barədə videotəlimat seçkidən öncə tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

Onlayn səsvermə UNEC-in rəsmi yutub kanalında canlı yayımlanacaq. Həmçinin feysbuk səhifəsində seçkinin gedişi barədə məlumatların operativ çatdırılması məqsədilə canlı bağlantılar olacaq.

Görüşdə tələbələr təkliflərlə çıxış ediblər. Onlayn səsvermənin noyabrın 15-də keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.