ELM VƏ TƏHSİL


UNEC-in rektoru tələbə və əməkdaşların müraciətlərini dinləyib

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitet əməkdaşları və tələbələrlə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən yenidən imtahanların təşkili, təqaüd, qaib limitinin aşılması, diplom işləri, akademik borclarla bağlı olub.

Rektor müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.

Universitet əməkdaşları və tələbələrlə qəbul günü hər həftənin cümə axşamında tədris binaları üzrə aparılır. Hər ayın ilk şənbə günü isə UNEC-də “Açıq qapı” günləri keçirilir.

UNEC-də təkliflərin dinlənilməsi, şikayətlərin operativ araşdırılması və rektorun qəbuluna qeydiyyata düşmək üçün “Qaynar xətt” xidməti fəaliyyət göstərir. “Qaynar xətt” həftəiçi hər gün saat 9-dan 18-dək fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.