ELM VƏ TƏHSİL


UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

Bakı, 18 noyabr, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin yeni tələbə-rektoru Cavidan Adilzadə ilə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, professor Ədalət Muradov yeni tələbə-rektoru təbrik edərək, ona tövsiyələrini verib. Rektor UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları ilə daha sıx şəkildə fəaliyyət göstərməyin, birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib, tələbə-rektoru tələbələrlə bağlı bütün məsələlərdə fəal olmağa, onların problemləri ilə yaxından maraqlanmağa çağırıb.

Görüşdə “Tələbə senatı” və “Tələbə auditi”nın yaradılmasının vacibliyi vurğulanıb, həmin təşkilatların tələbə özünüidarəetməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Rektor fəaliyyət müddəti bitmiş tələbə-rektor Elmir Sadıqovun fəaliyyətini yüksək qiymətləndirərək, onunla çalışmaqdan məmnunluğunu ifadə edib.

Sonda rektor Ədalət Muradov yeni tələbə-rektora uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.