ELM VƏ TƏHSİL


UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin xatirəsi yad edilib

UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin xatirəsi yad edilib

Bakı, 18 may, AZƏRTAC

UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev şəhid Məhəmməd Qarayevin məzarını ziyarət edərək gül dəstələri düzüb, ailəsinə başsağlığı veriblər.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, UNEC-in kollektivi şəhidin xatirəsinə özəl hazırlanmış hədiyyəni və fəxri fərmanı ailəsinə təqdim edib.

Məhəmməd Mahir oğlu Qarayev 2001-cü il noyabrın 16-da Qəbələ şəhərində anadan olub. 2007-2018-ci illərdə Qəbələ şəhəri 4 saylı orta məktəbində təhsil alıb. 2018-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində təhsil alıb. 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.