ELM VƏ TƏHSİL


UNEC-in stendi qonaqların xüsusi marağına səbəb olub

Bakı, 13 oktyabr, AZƏRTAC

“Education 2018”- XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, ekspozisiyada UNEC-in mübadilə proqramları, universitetdə təhsil alaraq xarici ölkələrin nüfuzlu ali məktəblərinin diplomlarını almaq imkanları, əlavə təqaüd fürsətləri, UDİD və digər faydalı məlumatlar əks olunub.

Ziyarətçilər stenddə texnologiya və dizayn fakültəsi tələbələrinin fəaliyyətini əyani şəkildə izləyiblər. Burada tələbələr parçanın kompüterdə qrafik tərtibatını, nimçələrə ornamental naxışların verilməsinı, akril boyalarla rəsm çəkilişi işlərini yerinə yetiriblər. UNEC-in stendində, həmçinin dekorativ incəsənət nümunələri, molbert üzərində tələbələrin əl işləri, dekorativ natürmort, qrafik dekorativ boyakarlıq nümunələri xüsusi marağa səbəb olub.

Gün ərzində UNEC-in stendinə yaxınlaşan ziyarətçilərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.