ELM VƏ TƏHSİL


UNEC-in tələbələri Kiyevdə beynəlxalq müsabiqədə iştirak ediblər

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsinin tələbələri Ukraynada keçirilən XIV Beynəlxalq “KPI-OPEN” Olimpiadaya qatılıblar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müəllimi Ramal Cabbarovun rəhbərliyi ilə informasiya texnologiyaları ixtisası üzrə təhsil alan I kurs tələbələri - Murad İbrahimzadə, Seymur Mikayılov və Əli Bəşirov beynəlxalq olimpiadada “UNECIT” komandası adı ilə təmsil olunublar. Müsabiqənin sonunda “UNECIT” komandasına və komandanın rəhbərinə müsabiqədə fəal iştiraklarına görə sertifikat təqdim olunub.

Qeyd edək ki, UNEC-in komandası İ.Sikorski adına Kiyev Politexnik İnstitutunda təşkil olunan müsabiqəyə Gürcüstanın Tbilisi şəhərində yerləşən Avropa Universitetinin bazasında keçirilən “XIII Vekua kuboku beynəlxalq proqramlaşdırma” müsabiqəsində fərqləndiyinə görə dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.