ELM VƏ TƏHSİL


UNEC-in tələbələri Rusiyanın Ali İqtisad Məktəbində təhsil almaq imkanı əldə edəcəklər

Bakı, 20 fevral, AZƏRTAC

Rusiyanın Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbi (AİM) martın 23-dən 25-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Tələbə Olimpiadası keçirəcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, olimpiadanın qalibləri Milli Tədqiqat Universitetinin Ali İqtisad Məktəbinin magistr proqramında ödənişsiz təhsil almaq imkanı əldə edəcəklər.

Olimpiadada üçüncü və dördüncü kurs tələbələri ilə yanaşı, magistrlər də iştirak edə bilərlər. Qeydiyyat olimpiadanın http://olymp.hse.ru/ma internet ünvanında martın 12-dək davam edəcək.

Olimpiadada iştirak sərbəst və ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.