ELM VƏ TƏHSİL


UNEC-in tələbələri Yüksək Texnologiyalar Parkında

Bakı, 21 fevral, AZƏRTAC

UNEC-in beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Startup Club”ın sədri Turan Süleymanov və tələbələr Yüksək Texnologiyalar Parkında (YTP) olublar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, YTP-nin direktoru Tural Kərimli ilə görüşən tələbələrə parkın imkanları, texnologiyalar sahəsində aparılan araşdırmalar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, YTP müəllim və tələbələrin biznes ideyaları ilə bağlı potensiallarının üzə çıxarılmasında, eləcə də onlara dəstək göstərilməsində maraqlıdır.

Ekskursiya çərçivəsində Turan Süleymanov “İdeyadan biznesə: startaplarda effektiv biznes modelinin inkişaf etdirilməsi” mövzusunda təlim keçib. Təlimdə biznes modeli və onun innovasiyası, strateji resurslar, dəyər zənciri, əsas strategiya, təchizat zəncirinin idarə edilməsi və biznes modelinin dörd əsas komponentindən bəhs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.