ELM VƏ TƏHSİL
UNEC-in tələbələri beynəlxalq mübadilə proqramları çərçivəsində təhsillərini davam etdirəcək
Bakı, 27 avqust, AZƏRTAC
2016-2017-ci tədris ilinin payız semestrində beynəlxalq mübadilə proqramları çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 28 tələbəsi Fransa, Türkiyə, Rumıniya, Niderland, Koreya Respublikası və Polşanın aparıcı universitetlərində təhsillərini davam etdirəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıb.
Qeyd edək ki, UNEC-in beynəlxalq əlaqələri xarici ölkələrin universitetləri ilə əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin bu təhsil ocağına cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.