ELM VƏ TƏHSİL


UNEC-in tələbələri könüllülük mədəniyyətinin mahiyyəti barədə məlumatlandırılıb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbiri tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova açaraq könüllülük mədəniyyətinin mahiyyəti və əhəmiyyəti, eyni zamanda, ətraf mühitin qorunmasının vacibliyi barədə məlumat verib.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev təmsil etdiyi qurumda həyata keçirilən yeniliklərdən, gənclərin işlə təmin olunması üçün yaradılan geniş imkanlardan və bu prosesdə UNEC tələbələrinin iştirakının vacibliyindən danışıb.

Daha sonra şöbə müdiri Səyyarə Məmmədova könüllülük şərtlərini izah edib. Bildirib ki, gələcəkdə könüllülər üçün bu istiqamətdə təlimlər də təşkil olunacaq.

Tədbirdə iştirak edən ekologiya, iqtisadiyyat və texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr nazirlik tərəfindən təqdim edilən könüllülüyə üzv olma blanklarını doldurublar.

Sonda tələbələrin suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.