ELM VƏ TƏHSİL


UNEC-in tələbəsi təqdim edir: “Danışan şəkillər”

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC istedadları” layihəsi çərçivəsində Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin (DQƏTM) tələbəsi Hafiz İsmayılzadənin “Danışan şəkillər” kompozisiyası təqdim olunur.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, H.İsmayılzadə 1994-cü il dekabrın 4-də Bakıda anadan olub. Səbail rayonunun 236 nömrəli orta məktəbində təhsil alıb. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirdikdən sonra 2016-cı ildə UNEC-ə qəbul olunub. Üçüncü kurs tələbəsi H.İsmayılzadə DQƏTM-də marketinq ixtisası üzrə təhsil alır.

H.İsmayılzadənin hələ məktəbdə oxuduğu vaxtlardan fotoqraflıq sənətinə böyük həvəsi olub. O, mövzu olaraq yaşlı nəslin nümayəndələrini canlandırmağa daha çox üstünlük verir. Fotolarında insanların üz cizgilərinə, baxışlarına diqqət yetirərək, onların daxili aləmlərini açmağa çalışır.

H.İsmayılzadə gələcəkdə çəkdiyi fotoşəkilləri reklam sahəsində tətbiq edərək marketinq və fotoqrafiya işini sintez şəkildə qurmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.