ELM VƏ TƏHSİL


UNEC-in tələbəsi yaradıcılıq müsabiqəsinin qalibi olub

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Əsəd Qaralov Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) birgə reallaşdırdığı yaradıcılıq müsabiqəsinin qalibi olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” mövzusunda keçirilən müsabiqənin məqsədi gənclərin diqqətini müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə yönəltmək, onları bu istiqamətdə maarifləndirmək olub.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan ikinci kurs tələbəsi Ə.Qaralov müsabiqəyə Türkiyədən qatılıb. Hazırda “Erasmus+” tələbə mübadilə proqramı çərçivəsində təhsilini Türkiyənin Hacettepe Universitetində davam etdirən Ə.Qaralov məqalədə müasir nağdsız ödəniş vasitələri, elektron bankçılıq, nağdsız ödənişlərin həcminin artırılmasının ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti, nağdsız ödənişlərin həcminin artırılması yolları, ödəniş kartlarından istifadə imkanları mövzularında araşdırma aparıb.

Məqalə Mərkəzi Bank və Dünya Bankı Qrupunun mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə uyğun meyarlar əsasında qiymətləndirilib. UNEC-in tələbəsinin məqaləsi müsabiqədə ən yaxşı ikinci məzmun nominasiyası üzrə qalib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.