ELM VƏ TƏHSİL


UNEC-in yeni kitabxanası oxucuların istifadəsinə verilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) UNEC Kitabxana İnformasiya Mərkəzinin 1 saylı kitabxanası oxucuların istifadəsinə verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, kitabxanada oxucular 15 yeni kompüterlə işləyə, 5 min nüsxəyə yaxın kitab, gündəlik qəzetlər, Azərbaycan və rus dillərində elmi jurnallarla tanış ola bilərlər.

Qeyd edək ki, yeni kitabxanaya maraq böyükdür. İlk gün kitabxanada 254 oxucu qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.