ELM VƏ TƏHSİL


UNEC məzununun detektiv janrında yazdığı ilk kitabının təqdimatı olub

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Qiyabi və əlavə təhsil mərkəzinin məzunu Seyfullah Əliyevin detektiv janrda yazdığı “Qətlə aparan yol” kitabının təqdimatı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, İnklüziv Təhsil Mərkəzi və Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə yeni tədris binasının 3 saylı kitabxanasında təşkil olunan təqdimat mərasimində UNEC kollektivi və müəlliflə yanaşı, Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin üzvü Süleyman Abdulla, şair-yazıçı professor Zahid Xəlil də iştirak ediblər.

Gənc yazarı təbrik edən ölkənin tanınmış yazıçıları, detektiv janrının xüsusiyyətlərindən söz açıblar. Çıxış edənlər romanın süjet xəttinin detektiv janrına uyğunluğunu yüksək qiymətləndirərək, peşəkarlıqla qələmə alındığını bildiriblər və müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Kitabın müəllifi, gənc yazar Seyfullah Əliyev kitabın təqdimatı üçün yaratdığı şəraitə görə universitet rəhbərliyinə, eləcə də təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib. “Qətlə aparan yol” romanının ərsəyə gəlməsi barədə məlumat verən müəllif, romanın riyaziyyat müəlliminin qətlindən və hadisənin detektiv tərəfindən araşdırılmasından bəhs etdiyini diqqətə çatdırıb.

Sonra kitabın imzalanma mərasimi keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.