ELM VƏ TƏHSİL


UNEC müəllimi ilə tələbələrinin birgə startapı: “Speak.az”

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi və tələbələri “Speak.az” danışıq startapı yaradıblar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, xarici dildə onlayn danışıq platforması olan “Speak.az”ın reallaşdırılmasında məqsəd məkandan asılı olmayaraq, istifadəçilərə müxtəlif dillər üzrə onlayn danışıq dərsləri keçməklə dil biliklərinin yüksəldilməsinə dəstək göstərməkdir.

“Speak.az” platformasına qoşulan istifadəçilər ingilis, rus və yapon dilləri üzrə danışıq səviyyələrini daha da yüksəldə biləcəklər. Dərslər yerli və əcnəbi moderatorlar tərəfindən aparılır.

Dərslər həftənin 6 günü (bazar günündən başqa) saat 18-dən 23-dək təşkil edilir. Hər dərsin müddəti 1 saatdır və qrup üzrə maksimal iştirakçı sayı 5 nəfərdir. İstifadəçilər dərslərə qoşulmadan öncə onların xarici dil üzrə bilik səviyyəsi müəyyənləşdiriləcək və səviyyələrinə uyğun qruplara qatılacaqlar. Platformanın funksionallığı sayəsində istifadəçilərə öncədən moderatorlarla və mövzularla tanış olmaq imkanı, eləcə də qatılmaq istədikləri onlayn dərsdə yerini öncədən “rezerv” etmək imkanı yaradılıb. İstifadəçilər saytda 1 günlük sınaq müddətini aktivləşdirərək istənilən dərsə qatılıb tədris prosesində iştirak edə bilərlər.

Sentyabr ayından etibarən, platformaya alman, ispan, italyan, fransız, Çin və Koreya dillərinin də əlavə olunması nəzərdə tutulur.

Startapda fəaliyyət göstərən tələbə-moderatorlar ABŞ və Avropada təhsil alıblar, eləcə də həmin ölkələrdə fəaliyyət göstəriblər.

Layihə UNEC-in gənc müəllimi, Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və UNEC məzunu Fəqan Çələbizadə tərəfindən yaradılıb. İdarəetmə komandasında isə UNEC “SABAH” qruplarının tələbələri Şamil İsmayılov və Əliağa İbadullayev təmsil olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.