ELM VƏ TƏHSİL


UNEC nəzdində Maliyyə-İqtisad Kolleci üzrə tələbə qəbulunun qeydiyyatı başlanıb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecində 2022/2023-cü tədris ili üzrə tələbə qəbulunun qeydiyyatı başlanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyat https://portal.edu.az platforması vasitəsilə aparılır.

Abituriyentlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən müddətdə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbuldan imtina etmiş şəxs hesab edilir və onun barəsində qəbul əmri verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.