ELM VƏ TƏHSİL


UNEC olimpiada qaliblərinə xüsusi təqaüd imkanı yaradır

Bakı, 11 iyul, AZƏRTAC

Yeni tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçən beynəlxalq olimpiada və respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində 100 manat məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-də təhsil alan birinci kurs tələbələri də xüsusi təqaüdə layiq görülürlər. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 manat məbləğində “ikinci əlaçı təqaüdü” verilir.

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.