ELM VƏ TƏHSİL


UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov 2021/2022-ci tədris ilində universitetə qəbul olan və qəbul imtahanı nəticələrinə görə Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor tələbələrə UNEC-də tətbiq olunan yeniliklər, dünyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları barədə məlumat verib. Həmçinin Universitet Daxili İki Diplom (UDİD), minor proqram, ixtisas istiqamətlərindən söz açıb. Tələbələrin xarici dil və informasiya texnologiyaları biliklərinin, eləcə də peşə kompetensiyalarının artırılması məqsədilə tədris planında yeniliklərin tətbiq olunduğunu deyib. Məzun olduqda tələbələrə akademik transkriptlə yanaşı, iş dünyasının tələblərini əks etdirən non-akademik transkriptin veriləcəyini diqqətə çatdırıb.

Tələbələrə startap ideyalarının reallaşdırılmasına universitet tərəfindən lazımi dəstəyin göstərilə biləcəyini qeyd edən rektor onlara universitetin ictimai-sosial həyatında fəal və təşəbbüskar olmağı tövsiyə edib. Tədrisin keyfiyyətinin artırılması ilə bağlı hər bir tələbənin təklif və təşəbbüsünü dinləməyə açıq olduğunu bildirib.

Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.