ELM VƏ TƏHSİL


UNEC tədqiqatçısının məqaləsi Avropanın nüfuzlu “Energies” jurnalında dərc edilib

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyevin həmmüəllif olduğu elmi tədqiqat işi İsveçrənin “Energies” jurnalında dərc olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, elmi tədqiqat işi “Enerji müharibəsi strategiyaları: 21-ci əsr təcrübəsi” mövzusuna həsr edilib. Araşdırmanın məqsədi XXI əsrdə enerji müharibələrini yaradan səbəbləri tapmaq və onların təsirini enerji asılılığı prizması baxımından müəyyənləşdirmək olub. Məqalədə enerji resurslarının 48 ölkə üzrə iqtisadi inkişafa təsiri qiymətləndirilib. Enerji müharibələrinin qısa (2025-ci ilə qədər) və uzun müddətli dövr (2030-cu ilə qədər) üçün optimistik, real və pessimist ssenarilərinin proqnozu təqdim edilib. Tədqiqat işində enerji resursları ilə zəngin olan ölkələr üçün qlobal enerji bazarında ən böyük təhdidin siyasi qeyri-sabitlik olduğu da göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.