ELM VƏ TƏHSİL


UNEC tələbələrə daha geniş təhsil imkanları yaradacaq

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin daha da artırılması, tələbələr üçün daha geniş təhsil imkanlarının yaradılması məqsədilə bir sıra yeniliklərin həyata keçirilməsi planlaşdırılır.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, müzakirə olunan layihələr sırasına müəllimlərin tələbələr tərəfindən seçilməsi, “part-time” təhsil modelinin tətbiqi və s. məsələlər daxildir. Qeyd edilib ki, müəllimlərin tələbələr tərəfindən seçilməsi prinsipini özündə əks etdirən layihənin ilkin konsepsiyası artıq hazırlanıb və müzakirə mərhələsindədir. Qanunvericilikdə son illər edilmiş dəyişikliklər UNEC-də tələbənin təhsildə əldə etdiyi nailiyyətlərdən asılı olaraq universiteti vaxtından əvvəl bitirmək və “part-time” təhsil imkanı yaradır.

Tədbirdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı ilə bağlı yeni imkanlar diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.