ELM VƏ TƏHSİL


UNEC tələbələri АССА imtahanlarında ölkə birincisi olublar

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri АССА (İxtisaslaşmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) imtahanında müxtəlif kateqoriyalar üzrə ölkə birincisi olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Fərid Əliyev ACCA imtahanında “Taxation” (Vergitutma) üzrə Azərbaycanda ən yüksək nəticəni əldə etməklə, “Placewinner” mükafatına layiq görülüb. F.Əliyev ümumilikdə “ACCA Member” statusu üçün tələb olunan 13 sertifikatdan 7-nə malikdir. O, hazırda dünyanın ən nəhəng “Böyük Dördlük” şirkətlərindən olan “Ernst&Young”da audit üzrə mütəxəssis vəzifəsində çalışır.

Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Anar Abbasov isə ACCA imtahanında “Strategic Business Reporting” (Strateji Biznes Hesabatı) üzrə 5-ci dəfə ölkə birincisi və dünya dördüncüsü olub. A.Abbasov hazırda “Böyük Dördlük” konsaltinq şirkətlərindən olan “Deloitte”də maliyyə məsləhətçisi vəzifəsində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.