ELM VƏ TƏHSİL


UNEC tələbələri “Kapital Bank”da yay təcrübə proqramına başlayıblar

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri və məzunları üçün növbəti dəfə yay təcrübə proqramının seçim mərhələsi keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, müsahibə proqramında 153 tələbə-məzun iştirak edib. Onlardan 50 nəfər ilkin imtahan və müsahibə mərhələlərini uğurla keçərək, yay təcrübə proqramına qoşulub.

Proqram müddətində tələbələrə büdcə sistemi, kreditlərin hesablanması və ödənilməsinin əsasları, dövlət vergi orqanlarına və bank sektorlarına işə qəbul və xidmətkeçmə qaydaları mövzularında nəzəri-praktiki təlimlər keçiriləcək, tələbələr şöbələrin iş prinsipi ilə yaxından tanış olacaqlar.

Proqramı uğurla bitirən tələbələrə müvafiq vakansiyalar üzrə iş təklif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.