ELM VƏ TƏHSİL
UNEC tələbələri bank sistemi barədə məlumatlandırılıb
Bakı, 5 mart, AZƏRTAC
"Azər Türk Bank" ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində növbəti təlim keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, onlayn təşkil olunan görüşdə bankın Təlim və motivasiya şöbəsinin rəisi Mahir Həsənov Azərbaycanda bank sistemi barədə tələbələrə praktiki məlumatlar çatdırıb. O, təlim zamanı Mərkəzi Bankın fəaliyyəti və funksiyaları, kommersiya banklarının fəaliyyət mexanizmi, idarəetmə və qərarvermə prosedurları, o cümlədən elektron bankçılıq və nağdsız ödənişlərin müasir vəziyyəti barədə mühüm məqamları açıqlayıb.
UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşün sonunda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]