ELM VƏ TƏHSİL


UNEC tələbələrinə maddi yardım edib

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə maddi yardımlar edilib. İnternet problemi olan tələbələrin 5 GB həcmində internet tarif paketi xərci ödənilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və dəstəyi ilə edilən yardımın məqsədi koronavirus (COVID-19) pandemiyası dövründə tələbələrin sosial durumunu daha da yaxşılaşdırmaq və onlara imtahanlarını daha rahat şəkildə vermələri üçün şərait yaratmaq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.