ELM VƏ TƏHSİL


UNEC tələbəsi ABŞ-ın “Student Leader” proqramının finalçısı olub

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin tələbəsi Sabina Dəmirova “Study of the U.S. Institutes (SUSI) for Student Leader” proqramının finalçısı olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqram tələbələrə ABŞ haqqında daha dərin biliklər əldə etmək, eyni zamanda, onların liderlik bacarıqlarını artırmaq üçün nəzərdə tutulub.

SUSI proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) tərəfindən idarə olunur. ABŞ səfirliyi tərəfindən bu proqrama ərizə və müsahibə prosesi əsasında Azərbaycandan 4 finalçı və bir alternativ namizəd seçilir. Qaliblər ABŞ-da 6 həftəlik təhsil proqramında iştirak etmək imkanı qazanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.