ELM VƏ TƏHSİL


UNEC tələbəsinin layihəsi X Avrasiya Gənclərin İqtisadi Forumunun finalında

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsinin layihəsi X Avrasiya Gənclərin İqtisadi Forumunun final mərhələsinə qəbul olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Ural Dövlət İqtisad Universitetinin təşkil etdiyi forumun final mərhələsinə 104 ölkədən təqdim olunan 1000 layihədən yalnız 51-i iştirak hüququ qazanıb. Biznes və menecment fakültəsinin 2-ci kurs tələbəsi Asiman Zeynalovun müsabiqəyə təqdim etdiyi layihə “Vahid iqtisadi zona” adlanır. Layihədə vahid iqtisadi zonanın yaradılmasının əhəmiyyəti, regionun inkişafına, eləcə də biznes mühitinin yaxşılaşdırılmasına təsirindən bəhs olunur. Zonanın sosial-iqtisadi inkişafın təmin edilməsi, işsizlik səviyyəsinin azaldılması baxımından əhəmiyyəti təhlil edilir.

Müsabiqənin finalı aprelin 16-dan 18-dək Yekaterinburq şəhərində Ural Dövlət İqtisad Universitetində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.