ELM VƏ TƏHSİL


UNEC və Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul başlanıb

Bakı, 7 yanvar, AZƏRTAC

2021/2022-ci tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlanıb. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilərlər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə mühasibat uçotu ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

Müraciətlər fevralın 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.