ELM VƏ TƏHSİL
UNEC və Sakarya Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Türkiyənin Sakarya Universitetinin birgə hazırladığı “Soy ağacının Genç Dalları” adlı layihə Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar üzrə idarəsi tərəfindən qəbul edilib. Layihə çərçivəsində UNEC və Sakarya Universitetinə tələbə və müəllimlərin qarşılıqlı səfərləri təşkil olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə universitetlər arasında mövcud əməkdaşlığın genişləndirilməsi, xüsusilə də “Erasmus+” və “Mövlanə Mübadilə Proqramı” üzrə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin, qeyd olunan proqramlar üzrə birgə layihələrin hazırlanması barədə razılıq əldə edilib.