CƏMİYYƏT


UNEP “Təbiətlə barışıq” məruzəsini təqdim edib

Bakı, 19 fevral, AZƏRTAC

Uzun müddətdir təbiətlə mənasız və intihar xarakterli müharibə aparmışıq. Bu, ətraf mühitin çirklənməsi, bioloji müxtəlifliyin itirilməsi, iqlim dəyişikliyinə səbəb oldu və mövcudluğumuzu təhlükə altına qoydu. AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının rəhbəri Antonio Quterreş BMT-nin Ətraf Mühit Proqramının (UNEP) yeni məruzəsini təqdim edərkən bildirib.

O vurğulayıb ki, yalnız planeti qoruyub və təbiəti qorumaqla bəşəriyyət sağ qala və çiçəklənə bilər. “Təbiətlə münasibətlərimizi yenidən nəzərdən keçirməyin və dəyişdirməyin vaxtı gəlib”, - deyə Baş katib söyləyib. “Bu məruzə bunu etməyə bizə kömək edəcək", - deyə, o əlavə edib.

Məruzədə deyilir ki, bu yüzillikdə planetdəki orta temperatur 3 dərəcə Selsi ilə arta biləcək, bu da öz növbəsində bəşəriyyət üçün fəlakət olacaq. Mövcud olan 8 milyon heyvan və bitki növlərindən bir milyondan çoxu məhv olmaq üzrədir.

Havanın çirklənməsi ilə əlaqəli xəstəliklər hər il 6,5 milyon erkən ölümə səbəb olur. Əsasən uşaqlardan ibarət olan daha 1.8 milyon insan suyun çirklənməsindən ölür.

UNEP-in “Təbiətlə barışıq” adlı məruzəsində ətraf mühitin çirklənməsi, biomüxtəlifliyin itirilməsi və qlobal istiləşmə ilə bağlı problemlərin bir çox həlli yolları təklif olunur.

İlk növbədə ölkələrin hökumətləri tədbir görməlidir - məsələn, istixana qazı emissiyalarına vergi qoymalı, qazıntı şəklində yanacaqlara və təbiətin məhv edilməsinə səbəb olan kənd təsərrüfatının idarəedilməsi üsullarına subsidiya verməyi dayandırmalı və “yaşıl” iqtisadiyyatın qurulmasına investisiya yatırmağa başlamalıdır.

BMT rəhbəri fevralın 19-da ABŞ-ın yenidən Paris İqlim Sazişinə qoşulduğunu xatırladıb: müvafiq qərarı vəzifəyə gəldikdən dərhal sonra ölkənin hazırkı Prezidenti Co Bayden verib. Quterreşin sözlərinə görə, bu hadisə iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə əhəmiyyətli bir töhfə olacaq.

Baş katib xatırladıb ki, bu gün bütün karbon qazı tullantılarının üçdə ikisini təşkil edən ən böyük ölkələr karbon neytrallığına nail olmağa hazır olduqlarını bildiriblər. Bunların arasında ABŞ, Cənubi Koreya, Yaponiya, Çin və Avropa İttifaqı ölkələri var.

"Karbon neytrallığı" və ya "sıfır emissiya" termini, karbon qazı tullantılarının həcminin meşələr və okeanlarla udulan həcmini keçməməsi deməkdir.

Baş katib onu da qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə hər birimiz iştirak edə bilərik. O, xüsusilə, atmosferə zərərli tullantıların üçdə ikisinin xüsusi ev təsərrüfatlarının ehtiyacları ilə əlaqəli olduğunu xatırladıb.

BMT rəhbəri vurğulayıb ki, bəşəriyyət artıq qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizə üçün lazım olan bilik və alətlərə malikdir və biz yalnız bunlardan istifadə etməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.