CƏMİYYƏT


UNESCO “Asiya sivilizasiyalarının müxtəlifliyinin qorunması” mövzusunda seminar keçirəcək

Bakı, 11 may, AZƏRTAC

Mayın 15-də Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinin himayəsi altında təşkil olunacaq Asiya Sivilizasiyaları Dialoqu Konfransı (CDAC) çərçivəsində UNESCO və Çin Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Asiya sivilizasiyalarının müxtəlifliyinin qorunması” mövzusunda seminar keçiriləcək.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, konfrans çərçivəsində Asiyada sivilizasiyaların mübadiləsi və qarşılıqlı anlaşma mövzularında altı seminar təşkil ediləcək. Bundan başqa, iştirakçılar Asiya Mədəniyyət Karnavalı, Asiya Sivilizasiyası Həftəsi və Asiya Ərzaq Festivalı kimi tədbirlərdə də iştirak edəcəklər. Konfransda dövlət başçıları və hökumət nümayəndələrinin, dünyanın müxtəlif ölkələrindən 1500-dən çox ekspertlərin iştirakı ilə “Asiya cəmiyyətlərinin ortaq gələcəyi” layihəsi ətrafında müzakirələr aparılacaq.

UNESCO və Çin Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Asiyada sivilizasiyaların müxtəlifliyinin qorunması” mövzusunda keçiriləcək seminarın gündəliyinə Asiya sivilizasiyalarının tarixi və perspektivləri, xalqlar arasında mədəni əlaqələr, o cümlədən ortaq İpək yolu irsinin qorunması, bu sahədə yeni çağırışlar mövzuları daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.