MƏDƏNİYYƏT


UNESCO-da Qeyri-maddi Mədəni irsin Qorunması Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası keçirilir

Paris, 6 iyul, AZƏRTAC

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Qeyri-maddi Mədəni irsin Qorunması Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi, eləcə də UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları ilə təmsil olunur. Üç gün ərzində bir araya gələn 180 iştirakçı dövlətin nümayəndələri sessiya ərzində bütün dünyada canlı irsin qorunması və Konvensiyanın gələcəyinə dair mühüm məsələləri müzakirə edəcəklər. Həmçinin sessiyada Qeyri-maddi Mədəni İrs Fondunun resurslarından istifadə Planı və qeyri-hökumət təşkilatlarının akkreditasiyası məsələlərinə də baxılacaq.

Sessiya çərçivəsində Qeyri-maddi Mədəni irsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12 yeni üzvü seçiləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.