MƏDƏNİYYƏT


UNESCO-nun baş qərargahında Azərbaycan musiqiçilərinin konserti keçiriləcək

Paris, 17 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə konsert təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Gənclər Kamera Orkestri”, solistlər Ümidə Abasova, İlham Nəzərov, Elnur Hüseynov, İsfar Sarabski (piano), Şirzad Fətəliyev (balaban), eləcə də Sahib Paşazadə (tar) və Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə Teyyub Aslanov, Murad İbrahimov kimi muğam ifaçıları iştirak edəcəklər.

UNESCO-nun baş qərargahında keçiriləcək konsertdə Azərbaycan və Almaniya bəstəkarlarının klassik əsərləri, xalq və ənənəvi musiqilər səsləndiriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.